Bakıya 18 metrlik avtobuslar gətiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıya 18 metrlik avtobuslar gətiriləcək

12:24 - 12 / 12 / 2017
Bakıya 18 metrlik avtobuslar gətiriləcək

“Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək”. 

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib. Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq:
 
“Bəziləri düşünür ki, Bakıya “qarmoşkalı” avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər”.
 
V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların “BakuBus” MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.

1news.az

Paylaş:
1771

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11
Bütün xəbərlər