İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb | 1news.az | Xəbərlər
Dünya

İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

09:48 - 13 / 12 / 2017
İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə toplantısı keçirilir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ilk olaraq, İTƏ-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub. Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki  ABŞ səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti  Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

1news.az

Paylaş:
743

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər