Türkiyə klubu erməni futbolçuya elçi düşdü
İstanbulun “Beşiktaş” klubu “Mançester Yunayted”in erməni əsilli oyunçusu Henrix Mxitaryanı transfer etmək istəyir.
1news.az Fanatik.com.tr-yə istinadən xəbər verir ki, türk klubunun rəhbərliyi onu sezon sonunda komandanı tərk edəcək Taliskonun yerinə heyətinə qatmaq üçün hərəkətə keçib.
“Qara qartallar”ın rəhbərliyi artıq “Qırmızı şeytanlar”la danışıqlara başlayıb.
Qeyd edək ki, “Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyonun son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən H.Mxitaryanın komandadan getməsinə etiraz etmədiyi bildirilir.
“Əgər oyunçu nədənsə narazıdır və transfer olmaq istəyirsə, onu komandada qalmağa məcbur edə bilmərik. Bu, mənim yanaşmamdır və hər oyunçunun da öz qiyməti var”.
Qeyd edək ki, Henrix Mxitaryanla “İnter” və “Borussiya-Dortmund” klubları da maraqlanır.
1news.az