Bu gün Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gün Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

09:40 - 20 / 12 / 2017
Bu gün Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, fasilə diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik  magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədardır.

Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

“Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət  edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.

1news.az

Paylaş:
1241

Son xəbərlər

Bütün xəbərlər