“Barselona” “Real Madrid”ə böyük hesabla qalib gəlib – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” “Real Madrid”ə böyük hesabla qalib gəlib – FOTO

19:14 - 23 / 12 / 2017
“Barselona” “Real Madrid”ə böyük hesabla qalib gəlib – FOTO

Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su baş tutub.

1news.az-ın Çempionat-a istinadla verdiyi xəbərə görə, XVII tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları qarşılaşıblar.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvaxal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi qola çevirib.

Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Aleyks Vidal qoyub.

S.Xankişiyeva

 

Paylaş:
2058

Son xəbərlər

Bütün xəbərlər