Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib - FOTO

22:10 - 25 / 12 / 2017
Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyası, “Qazprombank” Səhmdar Cəmiyyəti” və Rusiya İxrac Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib.

QSC-dən 1news.az-a verilən məlumata görə, görüş zamanı qonaqlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC haqqında ətraflı məlumat verilib. Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub. Bildirilib ki, AXDG donanmaları müxtəlifliyinə və çoxfunksionallığına görə dünyada unikaldır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və rusiyalı qonaqlar əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İşgüzar əlaqələrin perspektivlərini müzakirə ediblər.

Tədbirdə “Krasnoye Sormovo” zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Zavodda hazırda tikilən və inşa edilə biləcək müasir tipli gəmilər, eləcə də “Krasnoye Sormovo” zavodunun daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyası haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 2007-ci ildə yaradılan Korporasiya özündə gəmiqayırma sahəsində 40 müxtəlif təyinatlı müəssisə və zavodu birləşdirir.

Birləşmiş Gəmiqayırma Korporasiyasının vacib strukturlarından olan “Krasnoye Sormovo” zavodunun Azərbaycanla dərin tarixi əlaqələrindən danışan qonaqlar bildiriblər ki, bu zavod hələ 19-cu əsrdə Azərbaycan üçün gəmilər tikirdi. 1971-ci ildən zavodda Azərbaycan gəmiçiliyi üçün maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib.

Görüşdə iştirak edən Rusiya İxrac Mərkəzi və “Qazprombank” SC-nin nümayəndələri təmsil etdikləri qurumlar haqqında təqdimatla çıxış ediblər.

1news.az

Paylaş:
741

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər