AGBank bağlanması ilə bağlı məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AGBank bağlanması ilə bağlı məlumatlara münasibət bildirib

22:50 - 25 / 12 / 2017
AGBank bağlanması ilə bağlı məlumatlara münasibət bildirib

AGBank-ın bağlanmasına heç bir əsas yoxdur.

Bankdan 1news.az-a verilən məlumata görə, AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib ki, AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur: "Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bildiyiniz kimi, AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”

Ə.Cəlilov qeyd edib ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək: ”Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırki fəaliyyəti ilə tanış ola bilərlər. AGBankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”

1news.az

Paylaş:
857

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər