Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti

15:30 - 10 / 01 / 2018
Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti

Hər zaman müştərilərinin istək və müraciətlərini nəzərə alan Bank of Baku, İnternet Bankçılıqda “Cash by Code” xidmətindən istidafə imkanı yaratdı.

“Cash by code” - bank kartı olmayan şəxslərə pul vəsaiti göndərmə imkanı yaradan xidmət növüdür. Belə ki, artıq günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə Bank of Baku müştəriləri kart hesablarından pul vəsaitlərini İnternet Bankçılıq vasitəsi ilə bank kartı olmayan şəxsə göndərə biləcəklər.

“Cash by code” xidməti vasitəsilə pul göndərmək istəyən şəxslər, İnternet Bankçılığa daxil olaraq, Pul köçürmələri bölməsindən “Cash by Code”u seçib,

- Şəxsi mobil nömrəsini qeyd etməli;

- Vəsaiti alacaq şəxsin mobil nömrəsini daxil etməli;

- Göndəriləcək məbləği qeyd etməli;

- Siyahıdan məbləği göndəriləcək kartı seçməli;

- Məbləği göndərmək üçün “Təsdiqləmək” düyməsinə klik etməlidir.

Əməliyyatı tamamladıqdan sonra, pul göndərən şəxsə hər biri 6 rəqəmli olmaqla 2 hissədən ibarət xüsusi kod təqdim edilir.

Kodun birinci hissəsi (birinci altı rəqəm) pul göndərilən şəxsin mobil telefonuna, ikinci hissəsi (ikinci altı rəqəm) isə pul göndərən şəxsin mobil telefonuna SMS-məlumat kimi göndərilir. Köçürmə edən şəxs SMS vasitəsilə əldə etmiş olduğu kodu köçürməni alan tərəfə məlumat verməlidir.

Pulu qəbul edən tərəf vəsaiti əldə etmək üçün,

- Bank of Baku-nun ATM-ə yaxınlaşmalı;

- “Cash by Code” opsiyasını seçməli;

- SMS vasitəsilə və pul göndərən şəxs tərəfindən təqdim olunmuş şifrələri ardıcıllıqla daxil etməlidir.

ATM-ə daxil edilən məlumatlar düzgün olarsa, şəxs vəsaiti əldə edə bilər. Qeyd edək ki, vəsaitin köçürülməsinə görə komisyon haqqı vəsaiti göndərən şəxsdən tutulur. Məbləği qəbul edən tərəf heç bir komissiya ödəmir.

Köçürülmə məbləğinə təyin olunmuş limit və tətbiq olunan tariflərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz. 

“Cash by Code” xidməti haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Reklam hüququnda

 

Paylaş:
540

Son xəbərlər

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17
Bütün xəbərlər