“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək

22:30 - 10 / 01 / 2018
“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) "Dəmirbank” ASC-nin ləğvetmə prosesi ilə əlaqədar Beynəlxalq Kreditorlar Qrupunun Rəhbər Komitəsinə müraciət edib.

1news.az APA-ya istinadən xəbər verir ki, məqsəd ləğvetmə prosesini daha şəffaf, effektiv və beynəlxalq təcrübəyə uyğun həyata keçirməkdir.

Qeyd edək ki, Palatanın Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

Xatırladaq ki, "Dəmirbank" ASC  1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəricilərinə əsasən bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,62%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəli Hacıyev, 5,45%-i Roman Əmircanov, 5,30%-i Səkinə Hacıyeva, 5,30%-i Könül Hacıyeva, 45,13%-i isə 810 fiziki şəxsə məxsus olub.

1news.az

Paylaş:
689

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər