6 saylı marşrut avtobuslarının hərəkətində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

6 saylı marşrut avtobuslarının hərəkətində dəyişiklik edilib

11:15 - 10 / 01 / 2018
6 saylı marşrut avtobuslarının hərəkətində dəyişiklik edilib

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.  Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

1news.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər