Instagram funksiyalarından biri WhatsApp-a keçir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Instagram funksiyalarından biri WhatsApp-a keçir

12:31 - 10 / 01 / 2018
Instagram funksiyalarından biri WhatsApp-a keçir

Görünür, Facebook bir Stories paylaşımını hər 3 sosial şəbəkədə paylaşmaq imkanını istifadəçilərə vermək istəyir.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, istifadəçilər bildiriblər ki, şirkət cross-post Stories funksiyasının testini edir.

Bu funksiya sayəsində Instagram-da paylaşılmış Stories paylaşımını birbaşa WhatsApp statusunda yerləşdirmək olacaq. Təqdim olunmuş fotoda Stories bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub.

Beləliklə istifadəçilər Instagram-da Stories yaradandan sonra onu Facebook, Messenger və WhatsApp-da paylaşa biləcəklər. Bu, sözügedən platformalardan istifadə edən insanların işini rahatlaşdıracaq. Lakin eyni bir paylaşımı hər 3 platformanın ana səhifəsində görmək bir qədər bezdirici olmazmı?

S.Xankişiyeva

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər