SAM Revyunun 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM Revyunun 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görüb – FOTO

12:32 - 12 / 01 / 2018
SAM Revyunun 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində xüsusi nəşri olan SAM Revyunun “Türk Şurası Ölkələri: İnfrastruktur, Ticarət, Loqistika və Nəqliyyat” mövzusundakı 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görüb.

1news.az-ın məlumatına görə, kitab SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin iqtisadiyyat üzrə doktorantı Mahir Hümbətov və Türkiyənin Beykent Universitetinin professoru Kazim Sarı tərəfindən yazılıb.

Kitabda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə, eləcə də türkdilli ölkələr olan Özbəkistan və Türkmənistanın nəqliyyat və loqistika potensialları nəzərdən keçirilərək bu ölkələrin bir-biri ilə və eyni zamanda digər ölkələrlə ticarət və iqtisadi əlaqələri təhlil edilib.

Bundan başqa, mövcud infrastruktur layihələri və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur inkişaf proqramları da kitabda tədqiq edilən mövzulardandır. Bununla yanaşı, mövcud dəmiryolları, magistral yollar, port və hava limanları kimi infrastruktur layihələri, habelə həyata keçirilməsi planlaşdırılan infrastruktur investisiyaları kitabın əsas tədqiqat istiqamətini təşkil edir.

Kitabın əsas məqsədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində türk dilli ölkələrin həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərindəki bütün nəqliyyat dəhlizlərindəki əhəmiyyətli rolu, eləcə də son zamanlar dünyada cərəyan edən geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda sözügedən bölgənin coğrafi mövqe kimi vacibliyi barədə məlumatların oxucuya çatdırılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və  Türk Şurasına daxil olan rəsmi beyin mərkəzlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabda 6 ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm coğrafi mövqeyə malik olduğu vurğulanıb, həmin ölkələrə bu mövqedən öz təbii resurslarının və infrastrukturun inkişafında, ticarət əlaqələri, investisiya qoyuluşu və loqistika potensialının artırılmasında səmərəli şəkildə istifadə etmələri istiqamətində tövsiyyələr verilib.

Qeyd edək ki, Türk Şurasına daxil olan ölkələrin beyin mərkəzlərinin əməkdaşları SAM və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə tərəfdaşlığı ilə həyata keçirdiyi qonaq elmi işçi proqramı çərçivəsində üç ay müddətində Mərkəzdə fəaliyyət göstəriblər.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər