Xızıda partlamamış hərbi sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda partlamamış hərbi sursat aşkarlanıb

19:05 - 14 / 01 / 2018
Xızıda partlamamış hərbi sursat aşkarlanıb

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında gündəlik operativ məlumat yayıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə təmizləmə əməliyyatı keçirib.

Partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər