Fədayə Laçının həbs müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fədayə Laçının həbs müddəti uzadılıb

19:47 - 15 / 01 / 2018
Fədayə Laçının həbs müddəti uzadılıb

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçın və digərlərinin həbs müddəti uzadılıb.

F. Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə artırılıb. O, F. Laçın barəsində olan qərardan apellyasiya şikayəti verdiklərini, şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacağını deyib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

1news.az

Paylaş:
629

Son xəbərlər

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:37Azərikard beynəlxalq əməkdaşlığını genişləndirirBu gün, 11:25Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandıBu gün, 11:19Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə veribBu gün, 11:07“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb - FOTOBu gün, 10:59FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilibBu gün, 10:51Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olubBu gün, 10:38Azərbaycan İnvestisiya Şirkəti Gürcüstan şirkəti ilə Birgə İştirak Müqaviləsi imzalayıbBu gün, 10:23Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklərBu gün, 10:21BŞİH əhaliyə müraciət etdiBu gün, 10:14Saatlının polis rəisinə yeni müavin təyin edilibBu gün, 10:02AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edirBu gün, 09:53Qarabağ Universitetinin rektoru kollektivə təqdim olundu - FOTOBu gün, 09:30Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ərdoğan Sərvərə mükafatını təqdim etdiBu gün, 09:04Bakının küçələrində sıxlıq yaranıb - SİYAHIBu gün, 08:59Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb22 / 05 / 2024, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib22 / 05 / 2024, 17:42Bu rayonda 3 gün qaz olmayacaq22 / 05 / 2024, 17:28
Bütün xəbərlər