Bibiheybətin su və kanalizasiya sistemləri yenidən qurulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bibiheybətin su və kanalizasiya sistemləri yenidən qurulacaq

17:04 - 16 / 01 / 2018
Bibiheybətin su və kanalizasiya sistemləri yenidən qurulacaq

Paytaxtın qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

1news.az-ın məlumatına görə, rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində Bibiheybətdə həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Şahin Ağayev bildirib ki, qəsəbədə hazırda 2335 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşıb.

Bildirilib ki, ötən il Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilib, yolun kənarına bordürlar düzülüb, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulub. Qəsəbədə işıq dirəkləri  dəyişdirilib, hasar və divarlar rənglənib, yararsız vəziyyətə düşmüş 120 p/m kanalizasiya xətti yenilənib, sakinlərin müraciətləri nəzərə alaraq əczaxana təmir olunub, Namiq Quliyev kücəsinə, Şıx massivində məhəllədaxili yolların bir hissəsinə 4.000 kv.m.asfalt örtüyü salınıb.

RİH tərəfindən “Dostluq parkı”ndan Lökbatan dairəsinə kimi ərazidə yaşıllaşdırma işləri aparılıb və yaşıllıqlara qulluq göstərilib.

Qəsəbə nümayəndəliyinin inzibati binası təmir olunub, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılıb. Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin  “Dostluq parkı” və “Şıx” sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır, nümayəndəlik tərəfindən gündəlik iş prosesində ev təsərrüfatları uçotu kitablarındakı məlumatların yenilənməsi işləri davam etdirilib.

RİH tərəfindən “Şıx” yamacında yaradılan “Ekoloji park”dakı işlərə gündəlik nəzarət olunur, burada əkilən ağacların damcı üsulu ilə suvarılması və onlara qulluq göstərilməsi nəzarətdə saxlanılır.

Ötən ildə müxtəlif bayramlara əlaqədar qəsəbə Mədəniyyət evi və 50 №-li orta məktəb kollektivləri tərəfindən müxtəlif ədəbi-bədii tədbirlər təşkil olunub. 

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ölkə Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə Səbail rayonu və onun qəsəbələrinin  daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb.

Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Bidirilib ki, RİH tərəfindən rayonun qəsəbə və yaşayış məntəqələrində məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncaqlarda mövcud problemlərdən danışılıb,  sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər