Kiyevdə Azərbaycan diasporunun oğurlanmış üzvü azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiyevdə Azərbaycan diasporunun oğurlanmış üzvü azad edilib

20:11 - 16 / 01 / 2018
Kiyevdə Azərbaycan diasporunun oğurlanmış üzvü azad edilib

2017-ci ilin dekabrın 11-də Kiyev şəhərində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə APA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib. O bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukraynanın Prezident Aparatına, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.

Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz effektini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.

H. Abdullayevin oğlu Coşqun atasının azad olunmasında göstərdiyi köməkliyə görə Azərbaycan hökumətinə, Ukraynadakı səfirliyə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər