BANM tələbəsi "Azərbaycanın gənc veb proqramçıları" layihəsini reallaşdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM tələbəsi "Azərbaycanın gənc veb proqramçıları" layihəsini reallaşdırıb

10:46 - 16 / 01 / 2018
BANM tələbəsi "Azərbaycanın gənc veb proqramçıları" layihəsini reallaşdırıb

Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsi Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq, özünün “Azərbaycanın gənc veb proqramçıları” adlı layihəsinin icrasını uğurla başa çatdırıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanın gənc veb proqramçıları” layihəsinin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində biliyini artırmaq, veb proqramlaşdırma sahəsinə olan maraqlarını gücləndirmək, həmçinin İKT-nin müasir dövrümüzdəki geniş imkanlarını gənclərə çatdırmaq olub. Eyni zamanda, milli internet səhifələrinin sayını artırmaq, gənclərin HTML, CSS və Javas Proqramlaşdırma dilləri üzrə bilik və bacarıqlarını genişləndirmək layihənin əsas vəzifələri kimi göstərilib.

Bir ay ərzində reallaşan layihə zamanı beş təlim-seminar sessiyası keçirilib. Təlimin iştirakçıları İnformasiya Texnologiyaları sahəsində təhsil alan və veb proqramlaşdırmaya marağı olan ali məktəb tələbələrindən ibarət olub. Təlimin sonunda iştirakçılar arasında yarışma keçirilib, ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Bakı Ali Neft Məktəbindən Fərid Həmidov, həmçinin iştirakçı qismində çıxış edən digər universitetlərdən Vəfa Əliyeva və Cavanşir Hüseynli yarışmanın qalibi seçiliblər.

Qeyd edək ki, Gənclər Fondunun sonuncu qrant müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən yeddi və BANM Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə irəli sürülən üç layihə müsabiqədə “fiziki şəxslərin layihələri” kateqoriyası üzrə qalib olublar.

1news.az  

 

Paylaş:
681

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər