Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb

11:15 - 16 / 01 / 2018
Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadın Mədinə Əliyevaya Qroznı şəhərində ev bağışlayıb.

1news.az  “RİA Novosti”yə istinadən xəbər verir ki,  çeçen qadına ev Əhməd-Hacı Kadırov Fondu tərəfindən hədiyyə olunub. Ev bütün lazımi avadanlıqlarla təmin edilib.

Mədinə Əliyeva İordaniyada doğulduğunu bildirib. O qeyd edib ki, vətəni Çeçenistana qayıtmaq istəyib, lakin yolda qarət edilib. 104 yaşlı Mədinə Əliyeva yeni mənzilində kimsəsizlər evində böyüyən 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman Hacımuratovlarla birgə yaşayacaq.

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində, küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər. Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Qadına 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra “Təmiz Dünya” İctimai Birliyinin Bakıdakı sığınacağına təhvil verilib. Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Qadın bu yaxınlarda Çeçenistana təhvil verilib.

1news.az  

Paylaş:
704

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər