Ərəblər Bakı hotellərini almaq istəyirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəblər Bakı hotellərini almaq istəyirlər

11:52 - 16 / 01 / 2018
Ərəblər Bakı hotellərini almaq istəyirlər

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb.

1news.az-ın Abc.az-a istinadən verdiyi xəbərə görə, onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanır.

“Başlıca olaraq təkliflər Qətər və İraq vətəndaşlarından daxil olur, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyirlər. Belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir.

Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb”, – deyə Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin hotellərin adlarını açıqlamaq istəməyib.

1news.az

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər