Bakının bir hissəsinin su təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsinin su təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-dən məlumat veriblər.
Məlumata görə, Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, yanvarın 17-də Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.
1news.az
814