Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar azalaraq 69,06 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 63,65 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 70,98 dollar olub.
1news.az
232