Bakıda banka basqın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda banka basqın olub

15:49 - 18 / 01 / 2018
Bakıda banka basqın olub

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

1news.az  “Report”a istinadla xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

1news.az  

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər