Aksiz markası olmayan məhsullar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aksiz markası olmayan məhsullar aşkarlanıb

19:47 - 18 / 01 / 2018
Aksiz markası olmayan məhsullar aşkarlanıb

Aksiz markası olmayan məhsullar aşkarlanıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu yaxınlığındakı “Avtovağzal” adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

Dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən “VAZ 21 099” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sərnişini Azərbaycan Respublikası vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra “Sınıq Körpü” gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan hər biri 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər