Azərbaycanda 52 yaşlı ananın əkiz övladı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 52 yaşlı ananın əkiz övladı olub - FOTO

15:36 - 19 / 01 / 2018
Azərbaycanda 52 yaşlı ananın əkiz övladı olub - FOTO

Bir neçə gün əvvəl Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında 52 yaşlı qadın ana olub. 

1news.az  Ailem.az saytına istinadla xəbər verir ki, o əkiz uşaq dünyaya gətirib.

Bununla bağlı mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova bildirib ki, bu 52 yaşlı ananın ikinci hamiləliyi olub: "Maşallah, ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, o, ilk dəfə 48 yaşında ana olub”.

1news.az  

Paylaş:
1077

Son xəbərlər

Bütün xəbərlər