Azərbaycanda daha 2 zavod fəaliyyətə başlayacaq

Qara metal idxalının azaldılması istiqamətində görülmüş tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılıb.
1news.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası zamanı nazir Yavər Camalov deyib.
Nazir yaxın zamanlarda daha iki hərbi zavodun fəaliyyətə başlayacağını da diqqətə çatdırıb.
“Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda 2 istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılıb və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yaxın zamanlarda daha 2 zavodun açılışı nəzərdə tutulur”- deyə, Y.Camalov qeyd edib.
Babək Cahandarov