Məzahir Pənahov: Prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:
"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabr ayının 17-də keçirilməsi nəzərdə tutulur.
B.Cahandarov
917