MSK sədri: Siyasi partiyalar hesabat məsələsinə ciddi yanaşırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK sədri: Siyasi partiyalar hesabat məsələsinə ciddi yanaşırlar

11:03 - 20 / 01 / 2018
MSK sədri: Siyasi partiyalar hesabat məsələsinə ciddi yanaşırlar

“Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatını ilin əvvəlindən göndərməyə başlayıblar”.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov deyib.

Keçən il bəzi siyasi partiyaların məlumat göndərmədiklərini deyən MSK sədri bu prosesi qaydaya salmağa çalışdıqlarını söəyləyib:

“Çalışırıq ki, bu prosesi qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda ümumi mövqeyimiz ondan ibarətdir ki, kəskin mövqe tutmaq da düzgün deyil. Bir az iş getməlidir. Keçən ili əvvəlki illərlə müqayisə etsək, mübətə doğru ciddi fərqlərin olduğunu görmək olar. Hiss olunur ki, siyasi partiyalar bu məsələlərə ciddi yanaşırlar”.

B.Cahandarov

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər