“Azərbaycan xalçaları” jurnalının 24-ci sayı nəşr olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının 24-ci sayı nəşr olunub – FOTO

16:52 - 22 / 01 / 2018
“Azərbaycan xalçaları” jurnalının 24-ci sayı nəşr olunub – FOTO

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalı 24-cü sayı işıq üzü görüb.

1news.az-ın məlumatına görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnal “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı, Sumqayıt Sənaye Parkında Əyirici-Boyaq Fabrikinin təməlqoyma mərasimi haqqında rəsmi materiallarla başlayır.

Görkəmli azərbaycanşünas-alim Yusif Vəzir Çəmənzəminlinin “Bizdə xalıçılıq”, t.ü.f.d. Könül İmamverdiyevanın “Bayraq tarixi yaddaşın daşıyıcısıdır” (Dövlət Bayrağı Muzeyi), t.e.n. Acap Bayriyevanın (Türkmənistan) “İslam dünyasının incəsənəti: islam mədəniyyətinin memarlığa və türkmən xalçalarına təsiri”, Mariya Filatovanın (Rusiya) “Dövlət Şərq Muzeyinin kolleksiyasında saxlanılan 1920-ci illərə aid Azərbaycan tikmələrində təsviri motivlər”, Robert Çensinerin (Böyük Britaniya), Səida Qarunovanın və Məmmədxan Məmmədxanovun (Dağıstan) “Azərbaycanın və Dağıstanın xalçalarında və tekstil nümunələrində əjdaha obrazları”, sənətşünaslıq doktoru Kübra Əliyevanın (AMEA Memarlıq və İncəsənət İnstitutu) “Azərbaycan ərazisində tunc və dəmir dövrlərinə aid keramika məmulatlarının təsnifatı və əsas bədii xüsusiyyətlərinə dair”, t.ü.f.d. Tahir Şahbazovun (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) “XIX əsr Azərbaycan memarlığı və incəsənətinin bəzi məsələlərinə dair”, f.e.d. Gülmira Şalabayevanın (Qazaxıstan) “Xalçaçılıq bəşəri fenomen kimi”, sənətşünas Nərgiz Əskərovanın (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) “Azərbaycanda xalçaların elmi bərpa və konservasiyasının təşəkkülü”, t.ü.f.d. Anar Ağalarzadənin, Əhliman Əbdürəhmanovun və Fərid Fərmanovun (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) “Aşağı Ləki küp qəbirləri”, fil.ü.f.d. Nailə Əskərin (AMEA-nın Folklor İnstitutu) “İslam dünyasında oyun və idman”,  t.ü.f.d. Cavid Bağırzadənin (Gəncə Dövlət Universiteti) “Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasına dair”, Bayram Quliyevin (Bakı Dövlət Universiteti) “Elxanilər  dövrü Azərbaycanın xəttatlıq və miniatür tarixinə qısa bir nəzər” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.       

Jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N24/ ünvanında tanış ola bilərsiniz.

1news.az

Paylaş:
3159

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər