Keçmiş məhkum tapança ilə tutuldu

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nurəddin oğlu Əliyev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkarlanaraq götürülüb.
Qeyd edək ki, C. Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1news.az
601