AzeriStudent şirkəti Bakıda təhsil sərgisi təşkil edəcək – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzeriStudent şirkəti Bakıda təhsil sərgisi təşkil edəcək – FOTO - VİDEO

10:00 - 23 / 01 / 2018
AzeriStudent şirkəti Bakıda təhsil sərgisi təşkil edəcək – FOTO - VİDEO

Heç kəs üçün sirr deyil ki, Azərbaycanda xarici təhsilə olan tələbat həddindən artıq yüksəkdir. Üstəlik, xarici ölkələrdə təhsil alıb, özünə daha əmin və parlaq gələcək təmin etmək istəyən gənclərin sayı dayanmadan artır.

Bakıda tələbələr və xarici universitetlər arasında vasitəçilik xidmətləri göstərən şirkətlər kifayət qədərdir. Buna baxmayaraq, göstərilən xidmətin hərtərəfli olmaması ucbatından, gələcək haqqında planlarına güclə vaxt ayıran sıravi şəhər sakini arzularının təhsil ocağını tapmaq üçün orta hesabla, 5-6 agentliyə müraciət etməli olur.

Belə problemləri həll etmək məqsədilə AzeriStudent şirkəti hər il təhsil sərgiləri təşkil edir. İldə iki dəfə keçirilən sərgilər getdikcə daha çox tələbələri və valideynləri cəlb edir. Təhsil sərgisi agentliklər və onların potensial müştəriləri arasında böyük populyarlığa malik olan peşəkar tədbirdir.

Sərgiyə gələn ziyarətçilər

- 10 yaşdan başlayaraq uşaqlar üçün dünyanın müxtəlif yerlərində ən nüfuzlu məktəblər,

- Tanınmış universitetlərin bazasında olan dil kursları,

- Avropa, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyanın top universitet, kollec və institutlarını tapa bilərlər.

Bundan başqa, hər il müxtəlif universitetlərin nümayəndələri sərginin qonaqları üçün maraqlı mövzularda seminarlar təşkil edirlər. Bunların hamısı tamamilə ödənişsizdir!

Sərgi fevralın 10-da JW Marriott Absheron Baku otelində keçiriləcək.  İştirak üçün qeydiyyat mütləqdir. Daha ətraflı məlumatı aşağıdakı linkə keçid etməklə əldə edə bilərsiniz:

http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018

Sərginin təşkilatçısı olan AzeriStudent şirkəti artıq 10 ildir ki, dünyanın ən tanınmış universitetləri ilə çalışır. Şirkətin rəhbəri və yaradıcısı olan Rasim Allahverdiyevin sözlərinə görə, onun məqsədi istedadlı və savadlı gənclərə həyatda öz yerlərini tapmaqda yardımçı olmaqdır.

Qeyd edək ki, AzeriStudent şirkətinin göstərdiyi xidmətlər təmənnasızdır.

Ünvan: Nobel prospekti, 15, Azure Business Center, ofis 135

Telefon: (+994 50) 512 28 28 / (+994 12) 488 66 78

Reklam hüququnda

 

 

 

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər