“Hədəf Bakıdır” sənədli filmi Los Ancelesdə nümayiş etdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hədəf Bakıdır” sənədli filmi Los Ancelesdə nümayiş etdirilib - FOTO

10:06 - 23 / 01 / 2018
“Hədəf Bakıdır” sənədli filmi Los Ancelesdə nümayiş etdirilib - FOTO

Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi yanvarın 17-də Los Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib.

1news.az xəbər verir ki,Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi (Yzhar Charuzi) gələn qonaqları salamlayaraq, sözügedən filmin tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya Müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında danışaraq, 19-cu əsrdən başlayaraq neftin ölkəmizin sosial, iqtisadi və siyasi həyatında önəmli rol oynadığını qeyd edib. O, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat, 1941-1945-ci illərdə Sovet ittifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyünü vurğulayıb. O, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini və 2015-ci ildə məşhur "National Geographic" telekanalı vasitəsilə müxtəlif dillərdə bütün dünyaya yayımlandığını diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır.

Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların gurultulu alqışları və böyük rəğbətilə qarşılanıb. Daha sonra baş konsul N.Ağayev qonaqları maraqlandıran sualları cavablandırıb.

1news.az 

 

Paylaş:
654

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər