Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb

12:56 - 23 / 01 / 2018
Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkar edilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər