Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 4-7 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 4-7 dərəcə aşağı enəcək

12:30 - 24 / 01 / 2018
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 4-7 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz  arabir  güclənəcək.

Havanın temperaturunun Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Meteoroloqların xəbərdarlığına görə, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Babək Cahandarov

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər