Azərbaycanda hər iki valideynini itirmiş uşaqlar təhsil haqqından azad edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hər iki valideynini itirmiş uşaqlar təhsil haqqından azad edilə bilər

15:54 - 25 / 01 / 2018
Azərbaycanda hər iki valideynini itirmiş uşaqlar təhsil haqqından azad edilə bilər

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək.

Dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

“Hazırki qanunvericilik buna imkan vermir. Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

S.Xankişiyeva

 

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər