Gömrükdən “Metadon” keçirmək istəyən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükdən “Metadon” keçirmək istəyən şəxs saxlanıldı

21:37 - 25 / 01 / 2018
Gömrükdən “Metadon” keçirmək istəyən şəxs saxlanıldı

Gömrük nəzarətinə bəyan edilməyən “Metadon” adlı həb aşkarlanıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Afşarı Mahdı Mahmoudalıya məxsus çantaya gömrük baxışı keçirilib.

Yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə 49 ədəd açıq qəhvəyi rəngli, üzərində “F/M20” yazısı olan “Metadon” adlı həblər aşkar edilib.

Qeyd edək ki, “Metadon” “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxildir və 49 ədəd həbdə “Metadon”un təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər