Bu dərmanı içən qadınların uşaqları gec danışır

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin alimlərin son araşdırması bu iddianı şübhə altına salıb.
1news.az-ın The Mirror-a istinadla verdiyi xəbərə görə, İsveç alimləri 8-13 həftəlik hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.
Araşdırma zaman məlum olub ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunub.
Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.
S.Xankişiyeva
843