“Qarabağ”dan bir heç-heçə, bir məğlubiyyət | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”dan bir heç-heçə, bir məğlubiyyət

22:25 - 25 / 01 / 2018
“Qarabağ”dan bir heç-heçə, bir məğlubiyyət

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.

1news.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən “Şkupi” klubu ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Qurban Qurbanovun komandası ikinci qarşılaşmada Ukrayna Premyer Liqa təmsilçisi “Mariupol”la üz-üzə gəlib. “Qarabağ” görüş ərzində iki dəfə hesabda irəli çıxsa da, yekunda 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk sınaq oyununda “Kuban”la 2:2, digər görüşdə “Lexiya” (Polşa) ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” yanvarın 29-da “Sarayevo” (Bosniya və Herseqovina), fevralın 3-də isə “Mladost”la (Monteneqro) üz-üzə gələcək.

Yoxlama oyunları

“Qarabağ” (Azərbaycan) – “Şkupi” (Makedoniya) - 0:0

“Qarabağ”: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev

“Qarabağ” (Azərbaycan) – “Mariupol” (Ukrayna) - 2:3

Qollar: Miçel, 58 (1:0), Totoviçkiy, 62-pen. (1:1), Dava, 71-avtoqol (2:1), Kolçov, 72 (2:2), Boryaçuk, 90 (2:3)

“Qarabağ”: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Vild-Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Pedro Enrike, Əfran İsmayılov

1news.az

Paylaş:
871

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər