Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib

10:39 - 25 / 01 / 2018
Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib

Bakıda yerləşən yaşayış binalarının birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m2 olan ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 12 m² olan birotaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər