Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək | 1news.az | Xəbərlər
İdman

Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək

23:03 - 25 / 01 / 2018
Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək

Yanvarın 26-da boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandadan 203 kişi boksçusu qatılacaq. Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblər isə yanvarın 30-da müəyyənləşəcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

1news.az

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər