Novruz çərşənbələrinin vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

15:08 - 26 / 01 / 2018
Novruz çərşənbələrinin vaxtı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

1news.az xəbər verir ki,  rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

 Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

1news.az

 

Paylaş:
1790

Son xəbərlər

Bütün xəbərlər