Zakir Qaralov Ülviyyə Şamilqızının ölümü ilə bağlı rusiyalı həmkarına müraciət edib. | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov Ülviyyə Şamilqızının ölümü ilə bağlı rusiyalı həmkarına müraciət edib.

15:58 - 26 / 01 / 2018
Zakir Qaralov Ülviyyə Şamilqızının ölümü ilə bağlı rusiyalı həmkarına  müraciət edib.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.

1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Eyni zamanda həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

1news.az

Paylaş:
908

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər