Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

18:47 - 26 / 01 / 2018
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Salyan rayonunda piyadanı vuraraq ölümünə səbəb olan sürücü saxlanılıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Salyan rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Belə ki, yanvarın 5-də saat 21 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq 1982-ci il təvəllüdlü Rəşad Xanəliyevi vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2107” markalı, 90 VK 615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliyev Elxan Nəriman oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

1news.az

Paylaş:
565

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər