Partlayışda yaralanan şəxsin qohumları: Əynindəki bütün paltarlar yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Partlayışda yaralanan şəxsin qohumları: Əynindəki bütün paltarlar yanıb

20:00 - 27 / 01 / 2018
Partlayışda yaralanan şəxsin qohumları: Əynindəki bütün paltarlar yanıb

Bu gün səhər 08:50-də Bakının "28 may” metrostansiyası yaxınlığında çoxmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində yaralanan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu bədən səthinin 90 faizinin yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

1news.az-ın verdiyi xəbərə görə, bunu Sputnik Azərbaycan-ın əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, xəstə təcili tibbi yardım maşını ilə gətirilib:

"Ona ağrıkəsicilər vurulub, sarğı olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin ümumi vəziyyəti ağır olaraq qalır. Müalicə və müayinələri davam etdirilir. Xəstənin bədən səthinin 90 faizi III A, B və IV dərəcəli xəsarətlər alıb. Xəstənin dediyinə görə, səhər işlədiyi mağazanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib”.

Xəstənin qohumları ilə də söhbət edib. Qohumları deyiblər ki, Zahid Mahmudov ailəlidir və 2 uşağı var. O, partlayan mağazada satıcı işləyirmiş. Onların sözlərin görə, partlayış və yanğın nəticəsində Zahidin əynindəki bütün paltarlar yanıb.

Z.Mahmudov Sumqayıtda anadan olub, Bakıda yaşayırmış və 5 qardaşdırlar. Qohumları həkimlərin səyini yüksək qiymətləndiriblər və bütün şəraitin yaradıldığını söyləyiblər.

S.Xankişiyeva

 

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər