Nazirlik: Bayıl yamacında sürüşmə prosesi hələ davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bayıl yamacında sürüşmə prosesi hələ davam edir

12:25 - 27 / 01 / 2018
Nazirlik: Bayıl yamacında sürüşmə prosesi hələ davam edir

Bayıl yamacında sürüşmə prosesi hələ davam edir

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.

Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil:

"Ədəbiyyatlara baxanda görürük ki, təxminən 1847-ci ildən bəri - bəlkə ondan da qabaq olub, ancaq biz ədəbiyyatlarda olanı deyirik - müxtəlif illərdə və həmin ərazinin müxtəlif yerlərində çökmələr, uçqunlar, sürüşmə prosesləri baş verib. Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də "Əbədi məşəl"in önündə batma prosesi baş verdi. Burada 35 metrə yaxın böyük bir torpaq qatı çökdü. Ondan 450 metr aşağıda – Neftçilər prospektində, dənizə yaxın hissədə magistral yolda qabarma əmələ gəldi. Biz bütün bu məlumatlar haqqında atlas hazırlamışıq və əraziləri konturlaşdırmışıq. Bu gün sürüşmənin baş verdiyi ərazi də bizim tərəfimizdən sürüşməyə meyilli ərazi kimi qeyd olunub".

Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: "Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – "Bayıl dərəsi" deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir".

Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.

S.Xankişiyeva

 

Paylaş:
1291

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər