“İran Air” aviaşirkəti Azərbaycana qayıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

“İran Air” aviaşirkəti Azərbaycana qayıdır

13:36 - 28 / 01 / 2018
“İran Air” aviaşirkəti Azərbaycana qayıdır

“İran Air” aviaşirkəti üçillik fasilədən sonra Tehran-Bakı aviareyslərini bərpa edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə şirkətin İctimayyətlə Əlaqələr İdarəsinin nümayəndəsi məlumat verib.

İranın Airbus 320 təyyarəsinin yanvarın 29-da yerli vaxtla saat 16:05-də (GMT + 3: 30) Tehrannan Bakıya yola düşəcəyi bildirilib.

Aviaşirkət rəsmisi qeyd edib ki, nəzərdə tutulmuş aviareys faktiki olaraq “İran Air” aviaşirkətinin Azərbaycana qayıdışı anlamına gəlir.

Onun sözlərinə görə, hal-hazırda həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı günləri) həyata keçiriləcək uçuşların cədvəli hazırlanır.

Qeyd edək ki, hər il iki ölkə arsında mühüm turist mübadiləsi baş verir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələn iranlı turistlərin sayı təqribən 340 min nəfər təşkil edib.

S.Xankişiyeva

 

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər