"Buta Airways" Tehrana yubanan reyslərin yeni uçuş tarixini açıqlayıb

Tehran aeroportunda əlverişsiz hava şəraiti (güclü qar və zəif görüntü) ilə əlaqədar olaraq, "Buta Airways"in yanvarın 27 və 28-i uçmalı olan J29-005 Bakı-Tehran-Bakı reysləri yubanır.
1news.az xəbər verir ki, bu barədə "Buta Airways"in açıqlamasında deyilir.
Məlumatda bildirilir ki, bu marşrut üzrə üç reysin birləşdiyi təyyarə yanvarın 29-da Bakı vaxtı ilə saat 23:30-da uçmağı planlaşdırır:
“Bu reysi daha çox tutumlu təyyarə yerinə yetirəcək. Aviaşirkətin qaydalarına əsasən yubanan reyslərin sərnişinləri artıq oteldə yerləşdirilib və onların bütün lazımi ehtiyacları təmin olunub.
Yaranan narahatçılığa görə üzr istəyirik”.
P.Sultanova
556