Qərargah: Sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib – FOTO

10:41 - 29 / 01 / 2018
Qərargah: Sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib – FOTO

Son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılat tıkintilər və s. ilə əlaqələndirilir.

Bununla bağlı Qərargahdan 1news.az-a bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olumub və araşdırılır.

Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili textonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.

Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır.

“Təəccüblüsü və təəccüb doğuran isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər hər hansı bir araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar.

Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir. Yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və  ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq”- deyə, sürüşmə ilə əlaqədar Səbail RİH-də yaradılan Qərargahın məlumatında qeyd olunub.

1news.az

Paylaş:
640

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər