BANM-da SPM-in yeni qrupunun açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da SPM-in yeni qrupunun açılışı olub

11:12 - 29 / 01 / 2018
BANM-da SPM-in yeni qrupunun açılışı olub

 Bakı Ali Neft Məktəbinin (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı,  BP və onun tərəfdaşlarının dəstəyilə həyata keçirilən  və ABŞ-ın Corc Vaşinqton universitetinin  magistr proqramı əsasında hazırlanan Layihə  İdarəetmə Məktəbinin (SPM) növbəti – “M2” qrupunun təqdimat və açılış mərasimi keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə, açılış mərasiminə Ali Məktəbin Elmar Qasımov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, “M2” qrupunun iştirakçıları və Ali Məktəbin əməkdaşları qatılıb.

BANM-ın yeni kampusunda təşkil edilən tədbiri öz sözlərilə açan rektor Elmar Qasımov bu magistr proqramının BANM-da təşkil və tədris olunmasını Ali Məktəbin uğurlarından biri hesab etdiyini deyib. Yeni çağırışların və yanaşmaların tətbiq olunduğu müasir dövrdə layihələrin idarə olunması bacarıqlarının vacibliyinə toxunan Elmar Qasımov bildirdi ki, Layihə İdarəetmə Məktəbinin təlimləri bu istiqamətdə menecerlərin hazırlanmasında mühüm rol oynayır. Rektor görüş zamanı yeni qrupun iştirakçıları ilə yaxından tanış olub, onları təlimlərə qatılmaları münasibətilə təbrik edib   və proqramı uğurlar başa vurmalarını arzulayıb.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında layihənin uğurlu şəkildə davam etməsindən məmnun olduğunu bildirib. Layihələrin idarə olunması sahəsinin xüsusi inkişafından danışan Bəxtiyar Aslanbəyli, SPM-in hər yeni qrupunda BP şirkətinin əməkdaşlarının iştirak etdiyini bildirib. Vitse-prezident qeyd edib ki, əməkdaşlar proqramı bitirdikdən sonra çalışdıqları müxtəlif sahələrə uyğun olaraq layihə idarəetmə biliklərini uğurla tətbiq edə bilir və bu da işdə yüksək səmərəlilik və keyfiyyətə nail olmağa kömək edir.  

Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün görülən işləri yüksək qiymətləndirən BP-nin vitse-prezidenti BANM-ın rektoru Elmar Qasımova və Ali Məktəbin kollektivinə təşəkkür edib, təlim iştirakçılarına uğurlar arzulayıb.

Layihə İdarəetmə Məktəbinin yeni – “M2” qrupunun iştirakçıları sırasına "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Azərsu” ASC, BP, SOCAR, Gate Baku, Aztexnika, Bakı Şəhər Halqası  kimi şirkətlərin əməkdaşları daxildir.  

 Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. Proqram 7 moduldan ibarətdir və yekunda proqramı uğurla bitirən  iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər.

1news.az 

Paylaş:
613

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər