İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək

11:31 - 29 / 01 / 2018
İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək.

1news.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.

S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".

1news.az 

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər