Pirallahının su təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahının su təchizatında məhdudiyyətlər olacaq

11:22 - 30 / 01 / 2018
Pirallahının su təchizatında məhdudiyyətlər olacaq

Bu gün Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər